SARWOOD - Sar Group şirkətinin bir qolu olaraq 2011-ci ildən fəaliyyət göstərir. Geniş istehsalat sahəmiz və gənc dinamik işçilərimiz ilə ən müasir texnologiyalara cavab verən ekoloji cəhətdən təbii, toksik olmayan, yeni dizayn trendləri ilə hər növ dizaynda ev, restoran və ofis üçün mebellər, qapı, üzlük, mansard kimi xidmətlərimizi çox qiymətli müştərilərimizin istifadəsinə təqdim edirik.
Yeni texnologiyalardan yararlanaraq şirkətimizdə müasir mebel tələblərinə cavab verən yataq, qonaq, uşaq, ofis mebellərinin istehsalını reallaşdıraraq sizin fantaziyanızı- hər yerdə harmoniya yaratmaq, daxilinizdəki emosiyaların memarı olmağa kömək olmaq üçün çalışırıq. İtalyan mebelləri,qonaq otağı mebelləri, uşaq otağı mebelləri, yataq otağı mebelləri, mətbəx mebelləri, klassik mebel, çılçıraqlar, aksessuarlar və ofis mebellərnin satışını təşkil edən Sarwood şirkəti həmçinin sizin sifarişlərinizi də həyata keçirir.
Əsl işçilik və sənətkarlıqla hazırlanan mebellərimizin istifadəsində yüksək keyfiyyətli xammal və materiallar xarici ölkələrin bu sektorda fəaliyyət göstərən ən qabaqcıl firmalarından tədarük edilir.
Mühəndis - dizayner qrupunun və ustalarımızın yüksək peşəkarlığı müştərilərimizin göstərdiyimiz xidmətdən razı qalmağına və şirkətimizin inkişafına zəmin yaradır.
Şirkətimizin istehsal məhsulları Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sertifikatlaşdırılmışdır.